Ağstafada piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbərverir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissədində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1969-cu il təvəllüdlü Elbəy Məmmədov və onun oğlu 1992-ci il təvəllüdlü Nihat Məmmədovu vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.