Azərbaycanda  ana və azyaşlı qızı   zəhərləndi
24 fevral 2023 19:04 (UTC +04:00)

Azərbaycanda ana və azyaşlı qızı zəhərləndi

0

Qəbələdə ana və övladı dərmandan zəhərlənib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Qəbələ rayonu, Zarağan qəsəbə sakinləri - 34 yaşlı Rzayeva Səfagül Ağaxan qızı və 7 yaşlı qızı Rzazadə Nuray Sakit qızı dərmandan zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

İlkin məlumata görə, onlar həşərata qarşı dərmandan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2240

Oxşar yazılar