Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib.
Mərkəzin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 164-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Qəbul olan xəstələrdən 74-ü dərmandan, 26-sı sirkə turşusundan, 1-i dəm qazından, 2-si göbələkdən, 11-i etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 2-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 28-ni ilan, 6-nı isə müxtəlif növ həşəratlar sancıb.
Zəhərlənən şəxslərin 61-i qadın, 77-si kişi, 26-sı uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 164 nəfərdən 7-si (3-ü kişi, 4-ü qadın) dünyasını dəyişib.