Azərbaycanda 5 yaşlı uşaq civə uddu
04 fevral 2025 10:44 (UTC +04:00)

Azərbaycanda 5 yaşlı uşaq civə uddu

Ağdaşda azyaşlı civədən zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə Pirəzə kəndində baş verib.

Kənd sakini 5 yaşlı N.Alxazzadə yaşadığı evdə ağzında termometr sındırıb. Nəticədə uşaq civədən zəhərlənib. O, civənin toksiki təsiri diaqnozu ilə xəstəxanaya gətirilib.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra azyaşlı evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479

Oxşar yazılar