Azərbaycanda 4 nəfərə dövlətə xəyanət İTTİHAMI:  biri hərbçidir
03 oktyabr 2025 17:48 (UTC +04:00)

Azərbaycanda 4 nəfərə dövlətə xəyanət İTTİHAMI: biri hərbçidir

1

Azərbaycanda içlərində hərbçi də olmaqa 4 nəfər dövlətə xəyanətdə ittiham olunur.

Lent.az-ın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub. Həmin şəxslər bir müddət əvvəl həbs ediliblər.

Xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX-nın tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar. Onlardan Vüsal Ağayev hərbçidir.

DTX-nın davam etdirdiyi tədbirlər zamanı Tural Alıyev İordaniya ərazisində, Məmməd Şərifov isə Türkiyə ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.

Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 460

Oxşar yazılar