Atəşgahda möhtəşəm "İZ Musiqi Festivalı" keçiriləcək
03 oktyabr 2025 13:48 (UTC +04:00)

Atəşgahda möhtəşəm "İZ Musiqi Festivalı" keçiriləcək

0

11 oktyabrda Bakının ən qədim və sirli məkanlarından biri olan Atəşgah məbədi unudulmaz bir gecənin şahidi olacaq. Belə ki, burada keçiriləcək “İZ Musiqi Festivalı” iştirakçılara təkcə bir festival təcrübəsi deyil, od, musiqi və mistik rəqslərlə dolu bir ritual vəd edir.

İZ Fest nədir?

Qədim izlərin və yeni ritmlərindən birləşməsindən ilhamlanan festival gecə ərzində etnik, spiritual melodiyalar və texno səsləri ilə dolu keçəcək. Səhnədə Babək Əhməd (Ahmedowsky), Vusall Insun və ən əsası, Çingiz Mustafayev olacaq.

Biletlər və ətraflı məlumat

Bu il birincisi keçiriləcək "İZ Festival"da təxminən 1000–1200 nəfərin iştirakı gözlənilir. Biletləri "iticket.az" platformasından əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar