Bir çox uşaq otaqlarında televizora rast gəlmək olar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ilk baxışdan zərərsiz görünən bu əşya uşağa ciddi zərər verir. Məhz buna görə də bu cihazı otaqdan çıxarmaq lazımdır.
Eyni sözləri kompüter, noutbuk və digər oxşar texnika barədə də demək olar.
Niyə uşaq otağında televizor olmamalıdır?
Bu otaqda uşaq dərs oxumalı, oynamalı və dincəlməlidir. Əlbəttə, televizora baxmağı da şərti olaraq “istirahət” saymaq olar. Amma başa düşmək lazımdır ki, belə istirahət görmə yükünü ciddi şəkildə artırır.
Uşağın görmə qabiliyyətinin zəifləməsi istisna edilmir. Uşaq otağında televizorun olması digər problemlərin yaranmasına da demək olar ki, zəmanət verir. Belə ki, tez-tez televerilişlərə və videolara baxaraq diqqəti yayınan uşaq, çox güman ki, dərslərində zəifləyəcək.
Bundan başqa, yuxu problemlərinin yaranması da mümkündür. Ona görə də uşaq otağına televizor qoymayın. Bu otaqda kompüter də olmamalıdır. Arzuolunandır ki, uşaq vaxtının çox hissəsini keçirdiyi otaqda elektronika mümkün qədər az olsun.