Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonunun Arazbari kəndi ərazisində qeydə alınıb.
"VAZ 2107" və "Mercedec" markalı minik avtomobillərinin toquşması nəticəsində bir ailənin üzvləri – sürücü, həyat yoldaşı və iki azyaşlı övladı – müxtəlif dərəcəli yaralanıblar. “VAZ 2107”nin sürücüsü, 48 yaşlı Cəlilabad sakini Abışov Mahir Ədalət oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
“Mercedes”in sürücüsü Qax sakini Pərviz Abıyev isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Sürücünün maşında sıxılıb qalan nəşini Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsinin əməkdaşları çıxarıb.
Faktla bağlı araşdırma aparılır.(APA)


