41 nəfər saxta içkidən zəhərlənib öldü
03 oktyabr 2025 16:32 (UTC +04:00)

41 nəfər saxta içkidən zəhərlənib öldü

0

Rusiyanın Leninqrad vilayətində saxta içkidən zəhərlənib ölənlərin sayı 41-ə yüksəlib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bölgənin daha üç sakininin ölümü təsdiqlənib. Bundan əvvəl 38 nəfərin öldüyü barədə xəbər verilib.

Kütləvi zəhərlənmələr sentyabrın ikinci yarısında kustar üsulla istehsal olunmuş saxta alkoqollu məhsulları qəbul etdikdən sonra baş verib. Ən çox ölüm Slansevski və Volosovski rayonlarında qeydə alınıb.

Ölümcül zəhərlənmənin ayrı-ayrı halları Leninqrad vilayətinin digər dörd rayonunda da müşahidə olunub. Kütləvi zəhərlənmənin başvermə şəraiti ilə bağlı istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar