Sabah əsl istirahət havası  olacaq - PROQNOZ
03 oktyabr 2025 12:13 (UTC +04:00)

Sabah əsl istirahət havası olacaq - PROQNOZ

0

Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər  bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16, gündüz 19-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar