27 yaşlı Markus Reşford yayda "Barselona"ya keçib və "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimin gözündən düşdüyü üçün bu mövsümü icarə əsasında Kataloniyada keçirəcək.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Reşford, ötən çərşənbə günü PSJ ilə Çempionlar Liqası oyununda əsas heyətdə meydana çıxıb. "Barselona" PSJ-yə 2:1 hesabı ilə uduzub.
Bu məğlubiyyətdən sonra Reşford dostları ilə balıq ovuna gedərək dincəlmək qərarına gəlib.
Futbolçu “Instagram”da balıq tutduğunu göstərən fotolar paylaşıb.