Azərbaycanda 9 nəfər  partlayışda, 32 nəfər isə  yanğınlarda ölüb
30 dekabr 2025 15:41 (UTC +04:00)

Azərbaycanda 9 nəfər partlayışda, 32 nəfər isə yanğınlarda ölüb

0

2025-ci ilin 9 ayı ərzində Azərbaycanda 1198 yanğın hadisəsi olub.

Lent.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.

Həmin yanğınlar nəticəsində 32 nəfər həlak olub, 132 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 2%, xəsarət alanlar üzrə 30 nəfər və ya 19% azdır.

Həmçinin qeyd olunan dövr ərzində ölkədə 34 partlayış hadisəsi baş verib. Qeyd olunub ki, bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 13 hadisə və ya 28% azdır. Partlayışlar zamanı 9 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar