Evi qarət olundu, oğru xalası qızı  çıxdı - Xırdalanda KURYOZ OLAY
30 dekabr 2025 16:44 (UTC +04:00)

Evi qarət olundu, oğru xalası qızı çıxdı - Xırdalanda KURYOZ OLAY

0

Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.

Lent.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək saxlanc yerinə qoyduğu 2000 manatının naməlum şəraitdə yoxa çıxdığını bildirib.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə zərərçəkənin xalası qızı D.Hüseynova şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun bir müddət əvvəl qonaq getdiyi evdən hissə-hissə pul vəsaitini oğurladığı məlum olub.
 
Paytaxtın Nəsimi rayonunda isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Q.Əhmədov da müəyyən olunaraq saxlanılıb.
 
Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar