2025-ci ildə cütlüklərin sevgi qalmaqalları
30 dekabr 2025 15:29 (UTC +04:00)

2025-ci ildə cütlüklərin sevgi qalmaqalları

0

Magazin dünyası polemikalardan əlavə, duyğularla dolu hadisələrlə də sosial mediada iz qoydu.

Lent.az xəbər verir ki, “Əbədi olaraq bəli” deyənlərdən tutmuş, qırıq qəlblər dayanacağında enənlərə, sürpriz sevgi bombalarından evliliklərini körpə ilə taclandıranlara qədər məşhur simalar “xoş və kədərli sonluqlar”la bir ili daha geridə qoydu.

"Hav Hav" polemikası

Lvbel C5-in “Hav Hav Hav” mahnısı üzərindən başlayan müzakirə ilə musiqi dünyası “rep-pop” savaşlarının səhnəsinə çevrildi.

Mustafa Sandalın “Mən də miyav miyav edimmi?" zarafatına cavab olaraq repçi tərəfindən səsləndirilən “Onların dövrü bitdi. Mən edərəm, onlar hürər” sözləri pop ifaçılarını qəzəbləndirdi və sosial mediada aylarla davam edən polemikanın əsasını qoydu.

Sənətçilərin “Listlər hansı meyarlara görə hazırlanır?” deyərək şəffaflığın olmamasından şikayət etdiyi Spotify, Türkiyədə etibar itkisinə uğradı.

Oğuzhan Koçun “Pop siyahısında rep, rep siyahısında arabesk var” paylaşımı ilə alovlanan müzakirə rüşvət və bot dinləmə iddiaları ilə birləşəndə Rəqabət Qurumu məsələyə müdaxilə etdi. Musiqi platforması ilə bağlı araşdırma başladılıb, Türkiyədə çalışan redaktorlar haqqında isə daxili istintaq açılıb.

Sürpriz sevgilər

"Galatasaray"lı futbolçu Mauro İkardi yanvar ayında Çina Suares ilə münasibətini elan edib. Vanda Nara ilə qalmaqallı boşanma prosesi yaşayan İkardinin yeni sevgilisi ilə paylaşımı qısa müddətdə 4 milyon bəyənmə alaraq rekord qırıb.

Hande Erçel 2025-in son günlərində sevgini prodüser Onur Güvenatamda tapıb. Adı Hakan Sabancı ilə hallanan Rabia Soytürkün “Gözəl şeylər var, dadı qaçmasın” açıqlaması suallar doğurdu və ilin son sevgi bombası kimi mediada gündəmə düşüb.

Məşhur körpələr

2025-in ilk körpə xəbəri Melisa Aslı Pamuktan gəlib. Yusuf  Yazıcı ilə evlənən aktrisa yanvar ayında oğlu Mylanı qucağına alıb.

Zeynep Tuğçe Bayat və Cansel Elçinin oğlu Atlas yanvar ayında dünyaya gəlib.

Neslihan Atagül və Kadir Doğulu cütlüyü mart ayında oğulları Azizlə sevinc yaşayıb.

Karsu-Mike Schrama cütlüyü 11 aprel tarixində dünyaya gələn oğullarına Blues Dönmez adını verib.

Gizem Karaca iyun ayında ana oldu və qızı Leyla Yaz dünyaya gəlib.

Oktyabr ayında ana olan İrem Helvacıoğlu qızına Sora adını verib.

Kemal adlı oğulları olan Ahmet Kural və Çağla Gizem Şahin, Demir adlı ikinci övladlarının dünyaya gəlməsi ilə yenidən valideyn olmağın sevincini yaşayıb.

İkili sevinc

Avqustun 25-də Ersin Görkəmlə evlənən Bestemsu Özdemir, nikahda 4,5 aylıq hamilə olduğunu təsdiqlədi.
Burak Bulut və Eda Sakızın 12 avqustdakı toy mərasimi, İrem Dericinin Melih Kunukçudan evlilik təklifi alması ilə daha da yaddaqalan olub.

Feyyaz Şerifoğlu və Merve Dinçkol 29 iyun tarixində “bəli” deyib.

Yarımçıq qalan hekayələr

2025-ci ilin avqustunda Gülseren Ceylanla evlənən Mehmet Ali Erbilin altıncı nikahı 3,5 ay sonra sona çatıb.
Evləndikdən sonra Türkiyədəki karyerasına son verən Asena Çakmak, səkkiz illik həyat yoldaşı Hasan Dere ilə boşandıqdan sonra yenidən səhnələrə qayıdıb.

Melek Mosso 2023-cü ildə evləndiyi aktyor Serkan Sağdıçla nikahını oktyabr ayında bitirib.

Sevgidə məyus olanlar

Üç illik münasibətləri avqust ayında bitən Hande Erçel və Hakan Sabancı ayrılığının arxasında Arzu Sabancının olduğu iddiası uzun müddət gündəmdə qalıb.

Devrim Özkanın "Galatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra ilə bir küsüb-bir barışdığı münasibəti avqust ayında yenidən sona çatıb.

Kerem Bürsin və Melisa Sabancı Tapanın münasibəti sentyabr ayında “yorğunluq” səbəbi ilə bitib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar