Süni intellekt hətta santexnikləri də   əvəz edəcək: "xaç atası"nın  izahı
30 dekabr 2025 14:53 (UTC +04:00)

Süni intellekt hətta santexnikləri də əvəz edəcək: "xaç atası"nın izahı

0

Mütəxəssislər hesab edirlər ki, gələcək nəsillər konkret peşə bacarıqlarını deyil, başqa keyfiyyətləri öyrənməlidir.

Bu gün milyonlarla insanın işini əlindən ala biləcək süni intellektlə bağlı narahatlıqlar getdikcə artır. Davamlı texnoloji tərəqqinin qurbanına çevrilməmək üçün ona uyğunlaşmaq lazımdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Monreal Universitetinin informatika kafedrasının professoru Yoşua Benjio, maşın öyrənməsi və neyron şəbəkələr sahəsindəki yenilikçi tədqiqatları sayəsində süni intellektin “xaç atası” kimi tanınan alim, bu yaxınlarda verdiyi müsahibədə yeni dövr üçün karyera məsləhətlərini bölüşüb.

“Çalışın yaxşı insan olasınız. Düşünürəm ki, maşınlar işlərin böyük hissəsini yerinə yetirə bilsə belə, bu tərəfimiz qorunub qalacaq”, – alim bildirib.

Alim əmindir ki, zamanla süni intellekt texnologiyasına malik androidlər santexnik peşəsi kimi fiziki işləri də yerinə yetirə biləcəklər, baxmayaraq ki, bu, daha uzun vaxt apara bilər.

Məhz buna görə də, peşə bacarıqları mövzusunda Benjio həmişə aktual və tələbatlı qalacaq insani keyfiyyətlərə üstünlük verməyi tövsiyə edir.

“Əgər mən xəstəxanada olsam, narahatlıq və ya ağrı hiss etdiyim zaman əlimi tutan bir insanın olmasını istəyərəm. Düşünürəm ki, digər bacarıqlar getdikcə daha çox avtomatlaşdıqca, insan toxunuşunun dəyəri daha da artacaq", – o qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar