Azərbaycanda 16 yaşlı qız QOŞULUB QAÇDI:  qayıtmaq istəmir...
20 avqust 2022 16:57 (UTC +04:00)

Azərbaycanda 16 yaşlı qız QOŞULUB QAÇDI: qayıtmaq istəmir...

Azərbaycanda yeniyetmə qız qoşulub qaçıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, hadisə Cəlilabad rayonunda baş verib:

“16 yaşlı adı və soyadı hələlik bilinməyən qız kimliyi hələlik bilinməyən bir oğlana qoşularaq ailə həyatı qurmaq üçün qaçıb. Polis əməkdaşları həmin qızı şöbəyə gətiriblər. Qız isə izahatında öz istəyi ilə bu hərəkəti etdiyini yazıb. Rayon İcra Hakimiyyəti isə bu izahata görə heç bir lazımi tədbir görməyib. Hazırda yeniyetmə qız "həyat yoldaşı"nın evindədir. Əslində isə uşaq ailədən çıxarılmalı, psixodiaqnostika aparılmalı və komissiyanın qərarı ilə müəssisəyə yerləşdirilməlidir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Lent.az-a bildirib ki, həmin məsələ ilə bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır:

"Araşdırmanın gedişi ilə bağlı bütün zəruri tədbirlər görülüb. 16 yaşı tamam olmuş həmin qız izahatında öz istəyi əsasında əvvəlcədən razılaşaraq getdiyini deyib və valideynləri ilə görüş zamanı onların yanına qayıtmaq istəmədiyini bildirib. Bununla yanaşı, o və valideynləri şöbə rəhbərliyi tərəfindən qəbul edilərək dinlənilib. Eyni zamanda rayon icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işi və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları və psixoloqun iştirakı ilə həmin qızla söhbətlər aparılıb lakin o qətiyyətlə bildirib ki, valideynlərinin yanına qayıtmaq istəmir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5850
avatar

Mehman Nəbiyev

Oxşar yazılar