
Azərbaycana xaricdən siqaret gətirən qaçaqmalçılar tutuldu
"Qırmızı Körpü" gömrük postunda 8 fakt üzrə 11 360 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Gürcüstandan gələn "Mercedes Benz", "DAF" və "İveco" markalı yük avtomobilləri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.
Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də, baxış zamanı yük avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 11 360 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Kənd sakini ot presləyən qurğuya düşdü
23 yanvar 2021 , 18:14
Xoruzlu kəndində çayxana icarədarı cəzalandırıldı
23 yanvar 2021 , 16:20
Mərkəz direktoru barəsində cinayət işi başlandı
23 yanvar 2021 , 15:11
Dəmir alətlə qadının başına vurub qətlə yetirdi - RƏSMİ
23 yanvar 2021 , 14:16
İki evdən 14 min manatlıq OĞURLUQ
23 yanvar 2021 , 13:40
Yeniyetmə özündən 40 yaş böyük qonşusunu BOĞARAQ ÖLDÜRDÜ
23 yanvar 2021 , 13:20
İstefa verən bələdiyyə sədrilə bağlı YENİ TƏYİNAT
23 yanvar 2021 , 13:00