14:58 22 yanvar 2021

Azərbaycana bu məhsulların gətirilməsinin qarşısı alındı

Gürcüstandan külli miqdarda dərman vasitələrinin, mobil telefonların və siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olanxəbərə görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə soya yükü gətirən Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin kabinəsində, yük yerində olan soya yükünün altında qara rəngli sellofan torbalarda 38 ədəd "Iphone 12" markalı mobil telefon, 27 adda - 13 642 konvalyut, 2 432 qutu, 184 flakon, 20 ədəd müxtəlif markalı dərman preparatları, 6400 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

# 1239
avatar

Mehman Nəbiyev

Oxşar yazılar