Azərbaycan polisi 62 yaşlı nənəni axtarır - FOTO
20 fevral 2023 14:18 (UTC +04:00)

Azərbaycan polisi 62 yaşlı nənəni axtarır - FOTO

İtkin düşən 62 yaşlı şəxs axtarılır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Siyəzən rayonu ərazisində yaşayan 62 yaşlı Nazilə İsmayılova 2023-cü il yanvarın  24-də yaşadığı ünvandan çıxıb gedərək bir daha geri qayıtmayıb.  

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinin (023)  304 13 03 şəhər və (070) 733 83 19 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3043

Oxşar yazılar