“Azərbaycan mafiyası”nın  ən fəal üzvü   saxlanıldı -  VİDEO
16 oktyabr 2023 19:05 (UTC +04:00)

“Azərbaycan mafiyası”nın ən fəal üzvü saxlanıldı - VİDEO

0

Sankt-Peterburqun Moskovski rayonunda yerli sakinləri döyən bir qrup azərbaycanlının 18 yaşlı üzvü saxlanılıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, saxlanılanın adı Timur Muxtarovdur, onun qaçan 17 yaşlı şəriki hazırda axtarışdadır. İşə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin nəzarət edir.

Xatırladaq ki, 17  və 18 yaşlı oğlanlardan ibarət qrup yoldan keçənlərə hücum edərək onları döyüb və sosial şəbəkələrdə xaosu əks etdirən videolar yayıb. Onlar özlərini “Azərbaycan mafiyası” adlandırırlar. İndi əməliyyatçılar dəstənin bütün üzvləri üzərində işləyirlər. Onları yeddi ilə qədər həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5950

Oxşar yazılar