AZAL-ın sərnişin təyyarəsi qəzaya uğradı  - SƏBƏB  - HADİSƏ ANI  - YENİLƏNİB
25 dekabr 2024 11:41 (UTC +04:00)

AZAL-ın sərnişin təyyarəsi qəzaya uğradı - SƏBƏB - HADİSƏ ANI - YENİLƏNİB

"Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub".

Bu barədə Lent.az-a AZAL-dan bildirilib. Qeyd olunub ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

***

11:33

Qazaxıstanda qəzaya uğrayan təyyarə barədə bəzi detallar üzə çıxıb.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, təyyarənin 11 yaşı var - 2013-cü ildə istehsal olunub. Təyyarədə 106 ekonom sinif oturacağı mövcuddur. Bir müddət “Azərbaycan Hava Yolları” QSC-nin törəmə şirkəti olan “Buta Airways” tərəfindən istifadə olunub. Daha sonra Azərbaycan Hava Yolları bundan istifadə etməyə başlayıb.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, hələlik biri uşaq olmaqla 12 nəfər təyyarədən sağ çıxarılıb. Onların Aktaudakı Manqistau regional xəstəxanasına aparıldığı bildirilir. Qəza yerinə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 xilasedicisi və 11 texnikası gəlib. Məlumata görə, təyyarənin göyərtəsində Qazaxıstan, Azərbaycan, Rusiya, Tacikistan və Qırğızıstan vətəndaşları olub. Onlardan 15 nəfər Rusiya vətəndaşı olub.

***

11:09

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Bu barədə Lent.az-a Azərbaycan Hava Yolları”ndan məlumat verilib. İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Məlumata əsasən, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27260

Oxşar yazılar

Kəlbəcər sakini Goranboyda minaya düşdü

Kəlbəcər sakini Goranboyda minaya düşdü

31 may 2025 , 14:13
Harınlamış məmurun SONU: Saleh Səmədov mənimsəmə ittihamı ilə həbs edildi

Harınlamış məmurun SONU: Saleh Səmədov mənimsəmə ittihamı ilə həbs edildi

31 may 2025 , 13:53
Rüfət Səfərovun həbs müddəti uzadıldı

Rüfət Səfərovun həbs müddəti uzadıldı

31 may 2025 , 13:40
Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

31 may 2025 , 10:58
Zaqatalada AĞIR QƏZA:  gənc oğlan öldü

Zaqatalada AĞIR QƏZA: gənc oğlan öldü

31 may 2025 , 10:46
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

31 may 2025 , 09:55
Tanış olduğu qadınları qarət edən  azərbaycanlı gənc TUTULDU

Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU

31 may 2025 , 09:25
Goranboyda qardaş bacısını bıçaqladı

Goranboyda qardaş bacısını bıçaqladı

31 may 2025 , 07:48