Azadlığa çıxandan 1 gün sonra yenə  həbs olundu - AĞCABƏDİDƏ
31 oktyabr 2025 12:52 (UTC +04:00)

Azadlığa çıxandan 1 gün sonra yenə həbs olundu - AĞCABƏDİDƏ

0

Ağcabədidə polisin qanuni tələbinə əməl etməyən şəxs həbs edilib.

Lent.az xəbər verir ki, rayon sakini Vəli Məmmədov (ad və soyad şərtidir) inzibati həbsdən çıxandan sonra küçədə nalayiq ifadələr işlədib. Polis əməkdaşları onu intizamlı çağırsalar da, buna məhəl qoymayıb. Polis şöbəsinə aparılanda Vəli Məmmədov qardaşının ondan şikayət etdiyini bilib. Polis əməkdaşları ondan narkotik vasitə qəbul edib-etmədiyini soruşanda o, ancaq içkili olduğunu bildirib.

Lakin analizin nəticəsi zamanı məlum olub ki, şəxs narkotik vasitə olan marixuana istifadə edib.

Həmçinin məhkəmə zamanı müəyyənləşib ki, Vəli Məmmədov barəsində polsin qanuni tələbinə əməl etmədiyi üçün oktyabrın 8-də də 20 gün müddətə inzibati qaydada həbs qərarı verilib.

Ağcabədi rayon Məhkəməsi Vəli Məmmədovu İnzibati Xətalar Məcəlləsinin 510, 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 2 ay müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 890

Oxşar yazılar