Aybəniz Haşımovanın  qardaşı tutuldu   - SƏBƏB
23 fevral 2024 19:36 (UTC +04:00)

Aybəniz Haşımovanın qardaşı tutuldu - SƏBƏB

Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Həşimov saxlanılıb.

O, şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20 100 manat ziyan vurub.

Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şaiq Həşimov müğənni Aybəniz Haşımovanın qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5040
avatar

Oxşar yazılar