Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Gürcüstana girişinə qadağa qoyulub.
Lent.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Nigar Həzi məlumat paylaşıb.
Onun sözlərinə görə, Seymur Həzi Türkiyədən Gürcüstana keçərkən Sarpi gömrük məntəqəsində Gürcüstan hökumətinin ona qadağa qoyması məlum olub.