Avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişdi
25 dekabr 2020 21:07 (UTC +04:00)

Avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişdi

1

Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində axşam saatlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Suqovuşan kənd sakini, 1988-ci il təvəllüdlü Əhmədov Elşad Eldar oğlu idarə etdiyi “Mercedes” markalı 54 BX 250 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Kürkəndi kənd sakini, 1939-cu il təvəllüdlü Əhədov Əliheydər Saday oğlunu vurub. 

Nəticədə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən piyada aldığı kəllə-beyin travmasından keçinib. 

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1823

Oxşar yazılar