Avtomobil aşdı: 5 yaralı...  - FOTO
30 yanvar 2021 20:08 (UTC +04:00)

Avtomobil aşdı: 5 yaralı... - FOTO

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə,  bu gün axşam saatlarında İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində Qəbələ rayon sakini Fəzail Bəşirov idarə etdiyi 10-MN-810 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü Fəzail Bəşirov və sərnişinlər-Qəbələ rayon sakinləri, 1962-ci il təvəllüdlü Bəhramov Məzahir Yusif oğlu, 1966-cı il təvəllüdlü Quliyev Faiq Ənvər oğlu, 1961-ci il təvəllüdlü Quliyeva Tamam Yusif qızı və 1985-ci il təvəllüdıü Bəhramova Ülviyyə Məzahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

# 2049
avatar

Oxşar yazılar