Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhərinin Qurtuluş prospektində qeydə alınıb.
Hərəkətdə olan avtomobil, piyada 1943-cü il təvəllüdlü Yaqub Əliyevi vurub. Y.Əliyev ağır vəziyyətdə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, 80 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.