Ağdaşda avtobusda oğurluq edilib.
Lent.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvarın 5-də şəhər ərazisində xətt avtobusunda Mürsəl kənd sakini G.Əliyevanın çantasından içərisində 338 manat və sənədlər olan pulqabı oğurlanıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Samux rayon sakini S.Həsənova saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.