Bakıda marşrut avtobusunda oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində marşrut avtobusunda Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 570 manatı, sənəd və bank kartı olan cüzdanı oğurlanıb.
Daxil olan məlumatlar əsasında Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 51 yaşlı Məhəmməd Əliyev saxlanılıb.
Araşdırma aparılır.