Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, Məhərrəmov Məhəmməd Aqil oğlu idarə etdiyi "Daewo BH-117" markalı avtobusla Qazax rayonu istiqamətində olarkən 60-65 yaşlarında şəxsiyyəti hələlik bəlli olmayan kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.