Oktyabrın 28-də diplomatik xidmətin əməkdar işçisi Vladimir Kazimirov “Mitsubishi Lancer” markalı avtomobili Komsomolski prospektində poçt şöbəsindən çox aralıda saxlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 30 dəqiqədən sonra o, poçt şöbəsindən çıxaraq dayanacağa getsə də, avtomobilini tapmayıb.
Kazimirov həmin gün oğurluq hadisəsi ilə bağlı polisə məlumat verməyib - o, maşının evakuatorla aparıldığına qərar verib. Ertəsi gün bir dostu onu görməyə gəlib və onunla birlikdə mümkün evakuasiya yerlərinə zəng etməyə başlayıb. Amma maşın heç yerdə olmayıb. Noyabrın 2-də diplomat polisə ərizə yazıb. Oğurlanan 2015-ci il istehsalı olan “Mitsubishi Lancer” 1 milyon rubl (10 min dollardan çox) dəyərində qiymətləndirilib. Hazırda xarici avtomobil əməliyyat axtarışındadır.
Xatırladaq ki, Vladimir Kazimirov ATƏT-in Minsk Qrupunun keçmiş rusiyalı həmsədridir.