Moskvada məktəbli qız atası intihar etdikdən 4 gün sonra dünyasını dəyişib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə cümə günü gecə Arqunovskaya küçəsində baş verib. Evin yaxınlığında 15 yaşlı qızın meyiti tapılıb.
Aldığı xəsarətlərin xarakteri onun intihar etdiyini göstərib. Qız ölümündən əvvəl bacısına məktub qoyub. Məlum olub ki, üç gün əvvəl ailənin olduğu Kaluqa vilayətində qızın atası intihar edib. Polis araşdırma aparır.