Daşkəsən rayon sakinlərindən ov tüfəngləri götürülüb.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Covdar kənd sakinləri Ə.Musayevdən “İJ-18 EM”, N.Musayevdən “Escort” və oğlundan “İJ-17” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.