İsrailin Makkabim şəhər sakini ailə evinin yaxınlığında 23 yaşlı oğlunu güllələyib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, polis həmin şəxsi həbs edib. Dindirmə zamanı o, bunu əqli cəhətdən qüsurlu olan oğlu onu hədələyəndən sonra həyatının təhlükədə olduğunu hiss etdiyi üçün edib. Şübhəlinin sözlərinə görə, aralarında münaqişə yaranıb və bu zaman gənc ona bıçaqla hücum edib. Buna cavab olaraq o, silahını çıxararaq ona atəş açıb.
Əqli cəhətdən qüsurlu olan oğul Rifah Nazirliyinin əlillər üçün açıq yataqxanasında yaşayırdı. Valideynləri onu 14 yaşında ikən övladlığa götürüblər. Xəstə oğul zorakılıq tətbiq edərkən bir neçə hadisə baş verib. Bununla belə, həkimlər onun ailə üçün təhlükə olduğunu nəzərə almayıblar.