Hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Vəkil çıxışında müdafiə etdiyi şəxsə vərilən ittihamların əsassız olduğunu bildirib.
Daha sonra Ata Abdullayev son söz deyib. Təqsirləndirlilən şəxs son sözünə ağlaya-ağlaya başlayıb. O, cinayət işində zərərçəkmiş kimi tanınan 4 nəfərin heç birindən pul tələb etmədiyini bildirib.
Prosesdə hökm oxunub.
Hökmə əsasən, Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bloqer Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.