Ata 3 yaşlı qızını  GÜLLƏLƏDİ
13 iyun 2023 10:17 (UTC +04:00)

Ata 3 yaşlı qızını GÜLLƏLƏDİ

0

Krasnoyarsk diyarının sakini ov tüfəngini boşaldarkən üç yaşlı qızını güllələyib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, iyunun 13-nə keçən gecə üç yaşlı qız Taimyrsky Dolgano-Nenetsky bələdiyyə rayonunun Deryabino balıqçılıq məntəqəsində olub. Qız ora ailəsi ilə gəlib.

Bir anda atası qanunsuz saxladığı ov tüfəngini boşaltmağa başlayıb. Bu zaman atəş açılıb, güllə qızına dəyib. Başından və kürəyindən güllə yarası alan uşağı valideynlər xəstəxanaya gətiriblər.

Xəstəxanada onu xilas etmək mümkün olmayıb.

Prokurorluqda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2637

Oxşar yazılar