Astarada çayda meyit tapılıb.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisindən keçən çayda kişi meyiti aşkarlanıb. Meyiti tapılan şəxsin bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 74 yaşlı Allahbağış Əsəd oğlu Əliyarov olduğu məlum olub.
A.Əliyarov balıqçı olub, noyabrın 14-də Pensər çayından balıq tutan zaman ayağı sürüşüb və suya düşüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.