Astara şəhər sakininin evindən 8 kilodan çox  narkotik aşkarlandı
13 fevral 2023 19:01 (UTC +04:00)

Astara şəhər sakininin evindən 8 kilodan çox narkotik aşkarlandı

0

Astarada evdən külli miqdarda narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əliyev saxlanılıb.

Onun üzərindən 10 qrama yaxın heroin, yaşadığı evə baxış zamanı isə 6 kiloqram 15 qram heroin və 2 kiloqram 20 qram marixuana aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2194

Oxşar yazılar