Xabarovsk diyarında 41 yaşlı kişi arvadının üstünə benzin tökərək yandırıb, qadın aldığı xəsarətlərdən ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.
"Təqsirləndirilən şəxs sərxoş halda arvadı ilə mübahisə zəminində ona benzin tökərək yandırıb. Bir neçə gün sonra 44 yaşlı qadın aldığı xəsarətlərdən tibb müəssisəsində dünyasını dəyişib", - məlumatda bildirilib.
Təqsirləndirilən şəxs saxlanılıb və ona “Xüsusi amansızlıqla adam öldürmə” maddəsi ilə ittiham verilib.