Arvadını 120 kişiyə satan  həbs olundu
18 fevral 2026 12:11 (UTC +04:00)

Arvadını 120 kişiyə satan həbs olundu

0

İsveçdə bir yerli sakin arvadını azı 120 kişiyə satmaqda şübhəli bilinir. Bu barədə Associated Press (AP) agentliyi prokuror İda Annerstedtə istinadən məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, prokurorun sözlərinə görə, şübhəlinin təxminən 60 yaşı var. İstintaqın məlumatına əsasən, kişi dörd il ərzində həyat yoldaşını fahişəliyə məcbur edib. Annerstedt qadına psixotrop maddələrin tətbiq olunub-olunmadığını açıqlamayıb. Qadın özü polisə müraciət edib.

Kişi ötən ilin oktyabr ayında həbs olunub, mart ayında isə ona rəsmi ittiham irəli sürüləcək. Şübhəli şəxs 10 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

Zərərçəkən qadın

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar