Arı sancmasından ölən gənc dirildi? -  RƏSMİ AÇIQLAMA
10 iyul 2022 21:08 (UTC +04:00)

Arı sancmasından ölən gənc dirildi? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Ağstafada arı vurması nəticəsində öldüyü zənn edilən 24 yaşlı gənc İlqar Qəhrəmanovun dəfn edilən zaman ayıldığı iddia olunur.

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumatda deyilir:

"Ağstafa rayonu Yenigün kəndində qonaq olan Şəmkir rayon sakinini arı vurması ilə bağlı 09 iyul tarixində saat 18:00 radələrində Təcili Tibbi Yardıma (TTY) çağırış daxil olub.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, TTY briqadası 18:07 radələrində həmin ünvanda olarkən vətəndaşın hadisə yerində öldüyü məlum olub.

Vətəndaşa həkimlər tərəfindən heç bir iynə vurulmayıb. Hadisə barədə rayon hüquq mühafizə orqanlarına anında məlumat verilib.

Daha sonra vətəndaşın nəşi adiyyəti üzrə araşdırılması üçün Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Oradan meyit basdırılması üçün ailəsinə verilib.

Bir gün meyitdə həyat əlamətləri zənn edən ailə üzvləri meyiti Gəncədə yerləşən özəl xəstəxanalardan birinə aparıblar.

Orada da kliniki ölüm təsdiq olunub.

Mərhumun yaxınlarına başsağlığı diləyirik!"

İddia olunur ki, gənc oğlan ölən zaman yaxınları onu xəstəxanaya çatdırıb. Ancaq ona əvvəlcdən "meyit şişməsin deyə" iynə vurulduğu üçün, ayılandan sonra iynənin təsirindən bu dəfə xəstəxanada həqiqətən ölüb.

***

09.07.2022

Saat 19.51

Ağstafada bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Aşağı Göycəli kəndində qeydə alınıb. 1998-ci il təvəllüdlü İlqar Qəhrəmanov arı sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq gənc oğlan xəstəxanada dünyasını dəyişib.

əlumata görə İ.Qəhramanov qonaq getdiyi evdə arı sancıb. Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6933
avatar

Oxşar yazılar

Azərbaycanda sabiq diplomat SAXLANILDI

Azərbaycanda sabiq diplomat SAXLANILDI

22 iyul 2024 , 23:39
Bakıda "Kia" YANDI

Bakıda "Kia" YANDI

22 iyul 2024 , 22:16
Səfa Mirzəyev VƏFAT ETDİ

Səfa Mirzəyev VƏFAT ETDİ

22 iyul 2024 , 22:06
Bakıda avtobus  yandı

Bakıda avtobus yandı

22 iyul 2024 , 21:11
Xırdalanda qatar uşağı vurub öldürdü

Xırdalanda qatar uşağı vurub öldürdü

22 iyul 2024 , 20:55
Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

22 iyul 2024 , 19:57
Bakıda azyaşlını girov götürüb , öldürəcəyi ilə hədələdilər - Polis...

Bakıda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələdilər - Polis...

22 iyul 2024 , 19:46
Bakıda uşaq bağçasından OĞURLUQ:  Görün nə apardılar?

Bakıda uşaq bağçasından OĞURLUQ: Görün nə apardılar?

22 iyul 2024 , 19:30