Ancaq dönər və hamburger yeyən oğlan kor oldu
31 oktyabr 2024 14:34 (UTC +04:00)

Ancaq dönər və hamburger yeyən oğlan kor oldu

ABŞ-ın Massaçusets ştatında yaşayan 12 yaşlı uşaq orqanizmində qida çatışmazlığı səbəbindən görmə qabiliyyətini itirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, uşağın qidalanma ilə bağlı problemlərinin səbəbi onun psixoloji problemləri olub. Oğlan autizm spektri, həmçinin selektiv yemək pozğunluğundan əziyyət çəkib. Bu diaqnozla o, xüsusi qidaları yeməkdən çəkinib. Nəticədə, oğlan yalnız fast food qidaları - dönər, hamburger və kartof qızartması yeyib.

2024-cü ilin əvvəlində oğlanın görmə qabiliyyəti zəifləməyə başlayıb. Ay yarımdan sonra o, divarlara və qapılara çırpıldığı üçün valideynlərinin köməyi olmadan artıq yeriyə bilməyib. Bir müddət sonra uşaq tamamilə kor olub.

Həkimlər uşağı müayinə edib və bildiriblər ki, düzgün olmayan qidalanmaya görə o, görmə sinirlərinin fəaliyyətinə dəstək verən maddələrdən məhrum olub və onlar atrofiyaya uğrayıb. Ona A, C, D vitaminləri, mis və sink çatışmazlığı diaqnozu qoyulub.

Xəstəxanada uşağa vitaminlər kursu təyin edilib və onların orqanizmdə səviyyəsi normallaşıb. Mütəxəssislərin məsləhəti ilə valideynlər uşağı psixoterapiyaya göndəriblər. İndi o, artıq pendir və yaşıl salat yeyə bilir. Ancaq həkimlərin dediyi kimi, oğlanın görmə qabiliyyəti geri qayıtmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar