"Lill"in prezidenti Olivye Letanq Avropanın bir çox top klublarının maraq göstərdiyi 24 yaşlı "Doqes"in hücumçusu Conatan Devidin gələcəyindən danışıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Letanq Conatan Devidin klubu tərk etməyəcəyini deyib.
Xatırladaq ki, Devidin “Lill”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır ki, bu da onu azad agent kimi imzalamağa imkan verir.
Daha əvvəl bildirilib ki, “Bavariya” rəhbərliyi kanadalı futbolçunun nümayiş etdirdiyi futbolu bəyəndiyi üçün onu maraq dairəsinə daxil edib.
Bu mövsüm David bütün turnirlərdə 19 oyunda iştirak edib, 13 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.