Oğrular tarixi abidəni ekskavatorla qazıb apardılar
21 oktyabr 2026 04:05 (UTC +04:00)

Oğrular tarixi abidəni ekskavatorla qazıb apardılar

0

Türkiyənin Konya şəhərinin Meram rayonunda məscidin qarşısında torpağa basdırılmış Roma dövrünə aid tarixi heykəl postamentinin oğurlanması ilə bağlı üç şübhəli saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini araşdırıblar.

Məlum olub ki, şübhəlilər ekskavator vasitəsilə torpağın altındakı postamenti çıxararaq evakuator tipli nəqliyyat vasitəsinə yükləyib aparıblar.

Polis əməliyyat nəticəsində hadisədə iştirak etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onlar barəsində hüquqi prosedurlara başlanılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 870

Oxşar yazılar