Lotu Qulinin  yaxın adamı Türkiyədə həbs olundu
21 noyabr 2024 17:49 (UTC +04:00)

Lotu Qulinin yaxın adamı Türkiyədə həbs olundu

0

Kriminal dairələrdə daha çox “Roma Stavropolski” kimi tanınan Şapovalov ləqəbli 54 yaşlı “qanuni oğru” Roman Dmitriyev Türkiyədə həbs edilib və Rusiyaya deportasiyasını gözləyir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, 2018-ci ilin noyabr ayından hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə beynəlxalq axtarışdadır. Roman Dmitriyev 2013-cü ilin avqustunda 43 yaşında türk “oğru”ları tərəfindən kriminal aləmə qəbul edilib.

Qeyd edək ki, Roman Dmitriyev mərhum azərbaycanlı “qanuni oğru” Lotu Qulinin yaxın adamlarından olub. Belə ki, 2017-ci ildə o, Lotu Qulinin digər 2 adamı ilə birgə Abxaziyada kafelərdən birində Rövşən Lənkəranskinin adamı olan “Pıza” ləqəbli avtoritet Raul Bartsbaya hücum edib. Lakin Pıza tapançadan atəş açaraq, qurtulub. Nəticədə ona hücu medən avtoritetlərdən 2-si yaralanıb, Roman isə qaçıb canını qurtara bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4474

Oxşar yazılar