Ağcabədidə külli miqdarda oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, Ağcabədi rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus evdən məişət əşyasının oğurlanması barədə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də oğurluq etdiyinə görə elektron qolbaqla təchiz olunmuş Bəhram Yolçuyev saxlanılıb.
Bəhram Yolçuyev
Bundan başqa digər bir rayon sakini rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus anbardan 20 ton taxılının oğurlanması barədə məlumat verib. Oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Turan Kazımov da saxlanılıb. İlkin araşdırmalarla onun bu ilin iyul-avqust aylarında anbardan 16 min manat dəyərində taxıl oğurladığı məlum olub.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Turan Kazımov