Moskvanın vilayətinin Korolev şəhərində qız anasını radiatora bağlayaraq evdən çıxıb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, nəticədə pensiyaçı qadın dünyasını dəyişib. 78 yaşlı qadın təkbaşına yeriməkdə çətinlik çəkdiyi və köməksiz qalıb tez-tez yıxıldığı üçün qızı çox əsəbi olurdu. Buna görə də, qız iş üçün evdən getməli olanda, yaşlı anasını kəmərlə radiatora bağlayıb.
Qızın işləri uzun çəkdiyi üçün bütün günü evdə olmayıb. Axşam evə qayıdanda isə anasını ölü tapıb.
Qadın təcili yardım çağıraraq yoxa çıxıb. Yaşlı qadının meyiti ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.