Anası ölən  məktəbli məktub yazıb   özünü öldürdü
17 may 2023 18:15 (UTC +04:00)

Anası ölən məktəbli məktub yazıb özünü öldürdü

0

Sevastopolun Qaqarinski rayonunda 10-cu sinif şagirdi məktub yazaraq  intihar edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə rayonun başçısı Mixail Razvojayev Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, qız 9-cu sinfi əla qiymətlərlə bitirib, ailədə maddi problem olmayıb: “Təəssüf ki, qızın anası keçən payızda uzun sürən xəstəlikdən ölüb, atası böyüdürdü", -  Razvoyayev qeyd edib.

Onun sözlərinə görə, məktəbli intihar qeydində anası vəfat etdiyi üçün intihar etmədiyini qeyd edib. Sevastopol rəhbəri qeyd edib ki, 10-cu sinif şagirdi heç kimdən kömək istəməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3633

Oxşar yazılar