ANAMA-nın əməkdaşı Cəbrayllda minaya düşdü
22 yanvar 2021 11:57 (UTC +04:00)

ANAMA-nın əməkdaşı Cəbrayllda minaya düşdü

Yanvarın 22-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşı, 37 yaşlı Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon Prokurorluğuna məlumat daxil olub.

Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunubvə  digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380
avatar

Mehman Nəbiyev

Oxşar yazılar