2 və 11 saylı cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilmiş və 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əhməd Yadigar oğlu Əhmədovla qısamüddətli görüşə gələn anası Sumqayıt şəhər sakini Təranə Hacalı qızı Vəliyevanın gətirdiyi =sovqata baxış keçirilib. Bu zaman orada olan qış gödəkçəsinin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 1 ədəd mobil telefon aşkar edilib.
Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum edilən və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elsevər Tofiq oğlu Şükürova anası Gəncə şəhər sakini Leyla Carçı qızı Şükürovanın poçt vasitəsilə göndərdiyi banderola baxış keçirilib. Bu zaman orada olan qış gödəkçəsinin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş və ümumi çəkisi 0,040 qram olan psixotrop maddə - metodon həbi aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Həbsxanaya gətirilən telefon